Bu universitet Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu

"Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə - 29 nəfərlə ölkə birincisi olub".

Metbuat.az xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov məlumat yayıb.

O qeyd edib ki, İlham Əliyevin bu günkü Sərəncamı ilə ölkədə Prezident təqaüdünə layiq görülən 102 nəfərin 29-u Bakı Ali Neft Məktəbinin tələbəsi olub.

"Artıq BANM 4-cü ildir ki, bu göstərici ilə ölkə ali təhsil müəssisələri arasında öz liderliyini qoruyur. Bu gənclər Azərbaycanın intellektual əsgərləridir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı