Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Metbuat.az xəbər verir ki, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər. Belə ki, 7 dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.