Paşayevanın orqanları niyə bağışlanmadı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qənirə Paşayeva bir neçə il əvvəl orqanlarını bağışlamaq barədə qərar vermişdi.

Metbuat.az kulis.az-a istinadən xəbər verir ki, ölümündən sonra isə ürək-damar cərrahı Rəşad Mahmudov Qənirə xanımın vəsiyyətinin yerinə yetirilməsinin mümkünsüz olduğunu açıqlayıb.

O bildirib ki, Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür: "Orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Qənirə xanımın bütün orqanların zədələnmişdi. Öz razılığı olsa belə, onun orqanlarından istifadə etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı