Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi

ABŞ-nin paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi avtomobil qəzasından sonra dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, o, qəzadan sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.

Qeyd edək ki, Nicat Hüseynov BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR