Qəzzada həlak olanların sayı 5 mini ötdü

İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlar nəticəsində 182-si uşaq olmaqla 436 fələstinli həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat verib. Bununla da, ölənlərin sayı 5 min 87-yə yüksəlib. Yaralıların sayı 15 min 273-ə çatıb.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. Ardınca İsrail cavab hücumları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR