Azərbaycan, Türkiyə və Tacikistan müdafiə nazirləri birgə taktiki təlimi izləyirlər

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də “Yüksək səviyyəli müşahidəçi günü” keçirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə milli müdafiə naziri Yaşar Güler, Tacikistan müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı