6 saatlıq zəlzələ - Hamı meteorit düşdüyünü düşünürdü

Marsın orbitində fırlanan peyklərdən alınan məlumatlara görə, Marsda 6 saat davam edən zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, Marsda 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu, indiyə qədər müşahidə edilmiş ən böyük seysmik hadisədir. Əvvəl meteorit zərbəsi nəticəsində yarandığı düşünülən kütləvi titrəyişlərin indi səthin altındakı tektonik fəaliyyətlə bağlı olduğu müəyyən edilib.

NASA və SpaceX kimi təşkilatlar Marsda insanlar üçün koloniyalar yaratmaq istəyir. Lakin buna qədər planet haqqında ətraflı elmi məlumatlar toplanılmalıdır. Alimlər hesab edir ki, bu layihənin mühüm hissəsi təhlükəsiz eniş və yaşayış zonalarının müəyyən edilməsidir. Layihə üzərində çalışan alimlər düşünürlər ki, zəlzələnin təhlili insanlara quruya və təhlükəsiz yaşaya biləcəkləri əraziləri anlamağa və hansı ərazilərdən qaçınmalı olduqlarını göstərməyə kömək edə bilər.

Qeyd edək ki, "S1222a" adlı zəlzələ barədə araşdırmalar ötən il hadisə NASA-nın “InSight” peyki tərəfindən qeydə alınan məlumatlardan sonra başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı