Makron etirazlarla qarşılandı

Fransa Prezidenti Emmanuel Makronun İsrailə səfərinə qarşı Fransanın Tunisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Metbuat.az xəbər verir ki, Fələstin üzrə Birgə Fəaliyyət Komitəsinin çağırışı ilə Fransanın Tunisdəki səfirliyi qarşısında toplaşan nümayişçilər Makronun səfərinə etiraz ediblər. Fələstin və Tunis bayraqları ilə yanaşı etirazçılar “Çaydan dənizə Fələstini azad edin”, “Fransa səfiri deportasiya edilməlidir” yazılmış plakatlar daşıyıb. Fransa və ABŞ-ın Tunis səfirlikləri qarşısında Fələstinə dəstək nümayişlərinə görə təhlükəsizlik tədbirləri gücləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı