İsrail ordusuna məxsus helikopterin vurulduğu açıqlandı

HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzza zolağında İsrail ordusuna məxsus helikopteri vurduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, “Əl-Əqsa” televiziyasının teleqram kanalının açıqlamasına görə, “İzzəddin əl-Qəssam Briqadaları” Qəzzanın Əl-Bureyc qaçqın düşərgəsində İsrail helikopterinə atəş açıb. Detallar barədə ətraflı məlumat yoxdur. İsrail tərəfi hələlik iddialara münasibət bildirməyib.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Ardınca İsrail cavab hücumları təşkil edib. Tərəflər minlərlə itki veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı