Paşinyan Bişkekdəki görüşə getməyəcək

Xəbər verdiyimiz kimi, oktyabrın 26-27-də Bişkekdə ŞƏT və MDB ölkələrinin Hökumət Başçıları Şuralarının, eləcə də Aİİ-nin Hökumətlərarası Şurasının iclasları keçiriləcək.

Metbuat.az Ria Novosti-yə istinadən xəbər verir ki, Qırğızıstan Nazirlər Kabinetindən bildirib ki, Ermənistan Baş nazirin Nikol Paşinyan görüşdə iştirak etməyəcək. Onu baş nazirin müavini Mher Qriqoryan əvəz edəcək.

İclasda iştirak edən ölkələr ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqla bağlı geniş spektrli məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Nikol Paşinyan Gürcüstana rəsmi səfərə gedəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı