Rəqəmlərə inanmıram, lakin Qəzzada dinc insanlar ölüb - Bayden

ABŞ Prezidenti Co Bayden İsrailin Qəzzaya hücumları zamanı mülki vətəndaşların həyatını itirdiyinə əmin olduğunu, lakin fələstinlilərin bu barədə açıqladığı rəqəmlərə inanmadığını bildirib.

Metbuat.az xəbər verir ki, Avstraliyanın baş naziri Conatan Albanese ilə keçirdiyi mətbuat konfransında Bayden Qəzzada mülki vətəndaşların itkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

“Fələstinlilərin itkilərinin sayı barədə doğru məlumat verdiyinə dair heç nə deyə bilmərəm. Mən əminəm ki, günahsız insanlar öldürülüb. Bu müharibəyə girməyin əvəzini ödəməkdir. Fələstinlilərin irəli sürdüyü rəqəmə inanmıram. Günahsız mülki insanları qorumaq nə qədər çətin olsa da, İsrail əlindən gələni etməlidir", - Bayden deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı