Bayden Netanyahu ilə telefonda danışıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenlə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb .

Danışıq zamanı Qəzzadakı son hadisələr və HƏMAS tərəfindən əsir götürülən ABŞ vətəndaşları da daxil olmaqla girovların azad edilməsi müzakirə edilib.

Bayden və Netanyahu Qəzzanı tez bir zamanda tərk etmək istəyən xarici vətəndaşların təhlükəsiz çıxışını müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı