"Barselona" "Real"dan Ardanın qisasını aldı - Türk futbolçu imzanı atır

Arda Gülerin transferində bir-birinə rəqib olan “Barselona” və “Real Madrid” növbəti türk futbolçu uğrunda savaşır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniya klubları “İnter”in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, Ardanı əldən verən “Barselona” Hakan Çalhanoğlunu transfer etmək üzrədir. “Real Madrid”in də yaxından maraqlandığı ulduz futbolçu ilə "Barselona" anlaşıb. Mövsümün fasiləsində Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyən "Barselona" rəsmiləri ulduz futbolçu ilə söhbət edib.

Transfer haqqı ilə bağlı "İnter"lə danışıqları yekunlaşdıran "Barselona" rəsmiləri Hakanı fasilədə olmasa, mövsümün sonunda heyətinə qatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR