Rublun taleyi ilə bağlı vacib QƏRAR

“Rublun il sonuna kimi möhkəmlənməsinə vergi dövrü fonunda baş verənlər səbəb ola bilər”.

Metbuat.az-ın məlumatına görə, Rusiyada oktyabrda neft-qaz şirkətlərinin sentyabr ayına nisbətən iki dəfə çox vergi ödəməsi ilə bağlı qərar rublun məzənnəsinə təsir edəcək.

Rusiya Mərkəzi Bankı avqustun 15-dəki qərarı ilə uçot faiz dərəcəsini 12%-ə yüksəltdi. Bu isə 2022-ci ilin aprelindən bu yana ən yüksək rəqəm sayılırdı. Məqsəd həm də qiymət stabilliyi risklərini limitləmək idi.

Amma valyuta gəlirlərinin bir hissəsinin məcburi satışı və idxal rüsumlarının tətbiqi rublun ucuzlaşmasını ləngidə və məzənnəni bir müddət dollar üçün 90 rubl, hətta 85 rubl səviyyəsinə qaytara bilər. Analitik Vladimir Evstifeev “RİA Novosti”yə şərhi zamanı rublun vəziyyətini müsbət dəyərləndirib. O qeyd edib ki, rublun zəifləməsinə yol verməkdə davam etmək mümkün deyil, bu, tənəzzülə və iqtisadiyyatda disbalansın artmasına gətirib çıxara bilər:

"Hökumət orqanları iqtisadiyyat və maliyyə sabitliyi baxımından bir dollar üçün 100 rubl səviyyəsini qırmızı xətt kimi müəyyənləşdiriblər. Rublu sabitləşdirən dəstək tədbirləri tədricən görünəcək, bu da milli valyutanın möhkəmlənməsinə səbəb ola bilər”,- sitaın sonu.

Rusiya prezidenti Vladimir Putin oktyabrın ortalarında qeyd edib ki, büdcə üçün dollar-rubl məzənnəsinin “bir qədər aşağı” olması lazımdır. O zaman məzənnə təxminən 97,3 idi. Iqtisadçılar hesab edir ki, Putinin sözləri "dollar üçün təxminən 92-95 rubl səviyyələri" olaraq şərh oluna bilər.

Ümumiyyətlə, Rusiya valyutası Qərbin sanksiyalarının təzyiqləri altında 2023-cü ilin əvvəli ilə nisbətdə təxminən 30 faiz dəyər itkisi yaşayıb.Rusiyanın enerji gəlirlərində də azalma 40 faizə çatıb. Cari ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu isə ölkənin tədiyyə balansını təzyiq altında saxlayır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı