Daşınmaz əmlakın qeydiyyata alınmasında müsbət dinamika müşahidə olunur

Bu ilin yanvar-sentyabr aylarında 373 min 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Metbuat.az-a bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 faiz çoxdur. Bu ilin 9 ayı üzrə göstəricinin 58 min 314-ü (15,6 faiz) ilkin, 315 min 333-ü (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşür. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasında müsbət dinamika müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı