Artıq oktyabr ayının bitməsinə sayılı günlər qalıb. Astroloqlar hesab edir ki, bəzi bürclər qarşıdakı üç gün ərzində daxili rahatlıqlarına qovuşmaqla bərabər ilin sonunda vacib qərarlar vermək üçün enerji toplayacaqlar.
Metbuat.az-ın məlumatına görə, Oxatanlar bu siyahıya liderlik edir. Onlar son günlər düşüncəli və problemlərin içərisində özlərini çox narahat hiss edirlər. Yaxşı olardı ki, vacib məsləhətlərə xüsusəndə yaxınlarınızın dəstəyi üçün müraciət edəsiniz.
Oktyabr ayının sonunda Oğlaqlar daxili dünyalarına səyahət etməkdə davam edəcəklər. Astroloqlar sizi eqoist olmamağa, sevdiyiniz insanlarla ünsüyyət saxlayıb, ehtiyaclarını dinləməyə çağırır. Bunu bacarsanız daxili rahatlıq tapacaqsınız.
İradəsindən güc alan Dolçaların həyatında dəyişikliklər gözlənilir. Karyera yüksəlişi, yeni iş və hətta eşq təklifi edilə bilər.
Aidə/ Metbuat.az