Corc Dik İsrailin müharibəni dayandırması üçün şərtlərini açıqladı - FOTO

“Hazırda HƏMAS-ın iki məqsədi var: Bütün yəhudiləri və israilliləri öldürmək, nəyin bahasına olursa-olsun, sağ qalmaq. İsrailin məqsədi isə heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əminlikdir”.

Metbuat.az-ın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.

O, İsrailin yalnız HƏMAS silahlarını yerə qoyacağı təqdirdə müharibəni dayandıracağını vurğulayıb:

“Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir. Bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək”, - deyə diplomat sözlərini yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı