İsrailə silah verəndə bunu tələb edirik - ABŞ

ABŞ İsrailə tədarük edərkən ondan müharibə qanunlarına uyğun istifadə etməyi tələb edir.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“İsrailə verdiyimiz silahlar müharibə qanunlarına və günahsız insanların həyatını qorumaq üçün hərəkətə keçmək ehtiyacına tabedir. Biz hər dəfə başqa ölkəyə silah ötürəndə belə tələblərlə çıxış edirik”, - Sallivan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı