VI və IX siniflər üzrə monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VI və IX sinifləri üzrə monitorinq keçirilib.

İdarədən Metbuat.az-a verilən məlumata görə, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə keçirilən monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparılıb.

Təhsilalanlara tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinq prosesinin gedişatını izləyib.

Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR