Azərbaycanın Ukraynadakı Səfirliyi məlumat yaydı

Azərbaycanın Ukraynadakı səfirliyi Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Metbuat.az xəbər verir ki, 11 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.

    “Ünvan: Одеса. Вул.Пушкинська 54. Дім «Азербайджан» Qəbul vaxtı: 09:30-dan -13:30-dək. Əlaqə telefonu: +380 73 505 00 00

    Qeyd: Odessa Vilayətində təhlükəsizlik şəraitinin pisləşdiyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər. Nəzərə alınması xahiş olunur”, - məlumatda deyilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı