İmişli sakinindən qanunsuz silah müsadirə edildi

İmişli sakinindən qanunsuz silah müsadirə edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, İmişli Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayonun Bəcirəvan kənd sakini Q.İsmayılov qanunsuz olaraq saxladığı bir ədəd TOZ-18" markalı yivli silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı