HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, “İzzəddin əl-Qəssam Briqadaları”nın sözçüsü Əbu Ubeyde bildirib ki, müharibədə İsrail məğlub olacaq.
"Netanyahu və əsgərlərinə müharibənin sonunda diz çökəcəkləri müjdəsini veririk. Bu müharibədə qurtuluş savaşının başladığını və işğalın bitdiyini görürük. Bu müharibə ilə Netanyahunun Qəzzada böyük qələbəsi iflasa uğrad " - açıqlamada deyilir.