Yəməndən cəbhə açıldı - Qəzza üçün hərəkətə keçildi

PUA və raketlərlə İsrailə hücum edən Yəməndəki husilər ABŞ-ı təhdid edib.

Metbuat.az xəbər verir ki, İranın dəstəklədiyi husilər bildiriblər ki, İsrail Qəzza zolağına hücumları dayandırmasa ABŞ hərbi gəmilərini batıracaqlar.

Qeyd edək ki, husilər İsrailə qarşı pilotsuz uçuş aparatları və raketlərlə hücumlar həyata keçirdiklərini açıqlayıblar. İsrail ordusunun açıqlamasına görə, Qırmızı dəniz bölgəsindən İsrail ərazisinə atılan raket müdafiə sistemi tərəfindən havada məhv edilib.Hücumlardan sonra husilərin hərbi sözçüsü Yəhya Sare "Fələstini müdafiə etmək bizim müqəddəs borcumuzdur. Biz Fələstinə yaxın olsaydıq, minlərlə yəmənli ilə birlikdə Fələstin xalqının yanında döyüşməyə gedərdik, amma bizim ora çatmaq üçün yola ehtiyacımız var. Biz İsrailin təcavüzü dayanana qədər Fələstinin müqavimət qüvvələrini raket atəşi ilə dəstəkləməyə davam edəcəyik” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı