Bakıda 20 min manatlıq armatur oğurlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin iyul-oktyabr ayları ərzində 20.000 manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.