Fransanın ideoloji hərəkətləri sabitliyi pozur - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Fransanın ideoloji hərəkətləri dünyanın bəzi ölkələrində və regionda sabitliyin pozulmasına gətirib çıxarıb.

Metbuat.az xəbər verir ki, Rusiyanın “Ria” xəbər agentliyinə açıqlamasında Zaxarova Fransa Prezidenti Emmanuel Makronun terror təşkilatları ilə mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmaq təklifini dəyərləndirib.

Bu təklifin Yaxın Şərqdə silahlı qarşıdurmaların artmasına və başqa ölkələrin də məsələyə qarışmasına səbəb ola biləcəyini deyən Zaxarova bildirib ki, Fransa problemlərin əsasının həlli üçün mövqe ortaya qoya bilmir.

"Parisin ideoloji hərəkətləri çox vaxt əks effekt verir və bu, yalnız dünyanın bəzi ölkələrində və regionlarda sabitliyin pozulmasına gətirib çıxarır. Əgər Fransa həqiqətən də regionda atəşkəsin tətbiqinə öz töhfəsini vermək istəyirsə, bu, bütövlükdə regionda sülhün bərqərar olması ilə bağlı olmalıdır” – Zaxarova deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı