1 xal üçün 17 oyunçunu satdılar

İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton" transfer dövründə futbolçuların satışından 160 milyon avrodan çox gəlir əldə edib.

Metbuat.az xəbər verir ki, klub transfer dövründə 17 futbolçusunu satıb. “Telegraph” qəzetindəki xəbərə görə, klub Mənfəət və Davamlılıq Qaydalarını (Maliyyə Fair Play) pozduqlarına görə sanksiya təhlükəsi ilə üzləşib. Buna görə də, klub futbolçuları satıb. Əks təqdirdə klubun azı 1 xalı silinəcəkdi. Bildirilir ki, satışdan sonra klubda maliyyə durumu qaydalara cavab verir.

Oyunçu satışlarına baxmayaraq "Vulverhempton liqada 5 oyunluq məğlubiyyətsizlik seriyasına imza atb. "Vulverhempton" 10 oyundan 12 xal toplayaraq 12-ci pilləyə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı