Oynaq ağrılarını azaldır, əhvalı qaldırır - Sadə üsul

Gün ərzində özünü yaxşı hiss etmək üçün nələr edə bilərsən?

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, amerikalı terapevt Madjdlolin Cayuşe metobolizm və əhvalı yaxşılaşdıran sadə üsulu açıqlayıb.

“Soyuq duş və ya vanna oynaqlarda ağrını azalda bilir. Qədimdən soyuq sudan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub.

Bu gün bu metodun faydası elm tərəfindən sübut olunub.

Soyuq sudan immunitetin möhkəmlənməsi, iltihabı azaltmaq, xroniki ağrılar, əzələ və oynaq ağrıları, maddələr mübadiləsinin tənzimlənməsi üçün istifadə etmək olar.

Müntəzəm olaraq soyuq duş depressiyadan azad edir, diabet riskini azaldır.

Soyuq su şok terapiyaya bərabərdir. Soyuq su dəriyə toxunduqda orqanizm güclü stress keçirir və kortizol və adrenalin hasili artır, cavab olaraq, damarlar yığılır, ürək yığılması azalır.

Dəri soyuğa adaptə olan kimi, qana xoşbəxtlik hormonları dofamin, serotonin və endorfinlər axır. Ona görə insan özünü xoşbəxt, rahat və cavanlaşmış hiss edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı