Ucuz maşınlar satışda: "Hyundai Accent" 6 min AZN - QİYMƏTLƏR

12 dekabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Metbuat.az xəbər verir ki, hərraca 11 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:

S/NBalanssaxlayıcı müəssisənin adıƏlaqəli şəxsNəqliyyat vasitəsinin markasıDövlət nömrə nişanıBuraxılış iliStart qiyməti (manatla)10% beh (manatla)
1"Azərbaycan Hava Yolları" QSCQasımov Müşfiq 0774040600HYUNDAI ACCENT minik 10JF399i/o20066000600
2"Azərbaycan Hava Yolları" QSCQasımov Müşfiq 0774040600FORD TRANSIT mikroavtobus10JH81019994000400
3"Azərbaycan Hava Yolları" QSCMəhərrəmov Elçin 0558301156KAMAZ-740 ş-də AA-40(43105)M-189 xüsusi10AC8701989110001100
4Qazax Rayon İcra HakimiyyətiBabayev Qurban 0702702115TOYOTA CAMRY MİNİK 35AA0052008140001400
5Qazax Rayon İcra HakimiyyətiBabayev Qurban 0702702115QAZ 3110 101 MİNİK35AA11420032000200
6Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiSalmanov Seymur 0502095096HYUNDAI SONATA minik90AD39620014000400
7Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiSalmanov Seymur 0502095096HYUNDAI SONATA minik90AX91520035500550
8Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiSalmanov Seymur 0502095096ROVER-620 minik10AX46919982000200
9Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiSalmanov Seymur 0502095096VOLKSWAGEN PASSAT77PB50220097500750
10Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiSalmanov Seymur 0502095096NAZLİFAN MİNİK99AG29320145500550
11Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiSalmanov Seymur 0502095096NAZLİFAN MİNİK99AG29420145500550

Qeyd edək ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1707)
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı