Avtomat, qumbara və digər silahlar polisə təhvil verildi

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd “AK” markalı avtomat, 2 patron darağı, 1 ədəd qumbara, 3 ədəd təlim qumbara alışdırıcısı, 286 ədəd müxtəlif çaplı patron və 25 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı