Yəməndən İsrailə hücum edildi

Yəməndə İranın dəstəklədiyi husilər PUA-larla İsrailə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yehya Seri açıqlama verib. O bildirib ki, İsrailin Qəzzaya hücumları dayanana qədər hərbi əməliyyatlar davam edəcək. Husilərin iddiasına görə, hücum zamanı İsrailin strateji obyektləri PUA-larla hədəfə alınıb. Yehya Serinin sözlərinə görə, əməliyyat nəticəsində hədəfə alınan hərbi bazaların və hava limanlarının fəaliyyəti müvəqqəti dayanıb.

Hərbi sözçü Yehya Seri əməliyyatın Fələstin xalqına dəstək məqsədi ilə və Yəmən xalqı və İslam ümmətinin çağırışları istiqamətində həyata keçirildiyini ifadə edərək, İsrailin hücumları dayanana qədər hərbi əməliyyatların davam edəcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı