“BÜTÖV” proqramı çərçivəsində düşərgə həyata keçiriləcək

10-12 noyabr tarixlərində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində düşərgə həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, Quba rayonunda təşəbbüs qruplarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təşkil olunacaq düşərgə müddətində qərbi Azərbaycanla bağlı fəaliyyət göstərəcək təşəbbüs qrupları üzvlərinin şəbəkələşmə, liderlik, təşəbbüskarlıq, komanda quruculuğu eləcə də, bir sıra istiqamətlər üzrə bilik və bacarıqları artırılacaq.

Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır. Proqram çərçivəsində həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoroliklərin hazırlanması da planlaşdırılır.

Düşərgədə iştirak etmək istəyən 18-23 yaş arasında, təşəbbüskar və motivasiyalı gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://bit.ly/3Su8wcG


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı