Noyabr bu iki bürc üçün çətin keçəcək

Astroloq Tamara Qloba noyabr ayının iki bürc üçün uğurlu olmayacağını açıqlayıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, bu bürclərdən biri Qoçlardır. Belə ki, bu bürcün nümayəndələri sağlamlığına xüsusi diqqət yetirməlidir. Onlar ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək nevrozlarla qarşılaşa bilər. Qoçlar daha çox dincəlməli və bəzi şeyləri daha az düşünməli, onları narahat edən simptomlar hiss edərlərsə, dərhal həkimə müraciət etməlidirlər.

Noyabr ayı Buğa bürcləri üçün də problemli keçəcək. Həddindən artıq yorğunluq, iş və istirahət rejiminə əməl etməməyə görə sağlamlıqlarını poza bilərlər. Qloba məsləhət görür ki, həddindən artıq işləməmək üçün onlar iş və istirahət arasında vaxtı bərabər paylamalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı