Azərbaycandakı Türkiyə hərbçiləri ilə bağlı QƏRAR VERİLİR

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının müddətinin bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Qanun layihəsində Türkiyənin Rusiya ilə birgə təşkil etdiyi Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətinə uğurla davam etdiyi vurğulanıb.

Bildirilir ki, Türkiyə sözügedən mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verir.

Bununla yanaşı, layihədə Türkiyə ordusunun mandatının müddətinin noyabrın 17-dən etibarən daha bir il uzadılması qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı