“Real” “Qarabağ”ın rəqibinin üç futbolçusu ilə maraqlanır

Almaniya təmsilçisi “Bayer 04”ün üç futbolçu Madrid “Real”ının maraq dairəsinə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.

İspaniya klubunun müdafiəçi Ceremi Frimponq, yarımmüdafiəçi Florian Virts və hücumçu Viktor Bonifasla maraqlandığı iddia olunur.

Bu mövsüm Frimponq 16 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Virtsin 17 oyunda 6 qol və 10 məhsuldar ötürməsi var, Bonifas isə 16 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının H qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Turnir çərçivəsində keçirilən son matçda “köhlən atlar” almanlara uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR