Avropa dövləti Fələstinin müstəqiliyini tanıya bilər

İspaniya Sosialist İşçi Partiyasının lideri və hazırkı baş nazir Pedro Sançes bildirib ki, yeni yaradılacaq sol koalisiya hökumətinin prioriteti Fələstin dövlətinin tanınması üçün çalışmaq olacaq.

Metbuat.az xəbər verir ki, Pedro Sançez Parlamentin Baş Assambleyasında çıxışına İsrailin Qəzza zolağına hücumlarını tənqid edərək etimad səsverməsi istəyib. HƏMAS-ın hücumunu qınadıqlarını ifadə edən Sançez, hücumu təşkil edənlərin məhkəmə qarşısına çıxarılmasını və məhbusların azadlığa buraxılmasını istədiklərini bildirib:

"Eyni prinsiplə, Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin ayrı-seçkilik etmədən öldürülməsini rədd edirik. Dərhal atəşkəs, bombardmanların dayandırılmasını, Fələstin xalqının humanitar ehtiyaclarını ödəmək üçün yardımların edilməsini və diplomatiyaya zəmin yaradılmasını tələb edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı