Bayden Si Cinpinlə bu məsələləri müzakirə etdi

San-Fransiskoda ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüş zamanı liderlər əl sıxaraq salamlaşıblar. Bildirilir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Yaxın Şərqdəki vəziyyət, Ukrayna münaqişəsi də liderlərin müzakirə mövzusu olub. Məlumata görə, görüşlə bağlı güclü təhlükəsizlik tədbirləri həyata keçirib.

Görüş yerindən 10 kilometr məsafəyə qədər yollar bağlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı