Məşhur jurnalın üz qabığındakı sirr: 2024 -сü ildə dünyanı nə gözləyir? - FOTO

Britaniyanın “The Economist” jurnalı 2024-cü il üçün proqnoz və qiymətləndirmələrin yer aldığı “The World Ahead” sayının üz qabığını hazırlayaraq dərc edib.

Metbuat.az xəbər verir ki, hər il olduğu kimi bu ildə xüsusi buraxılışın üz qabığındakı mesajlar dərhal müzakirə obyektinə çevrilib.

Üz qabığındakı rəsmdə yuxarıda Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin yer alıb. Rusiya-Ukrayna müharibəsindən bəhs edən bu epizodda ikisi arasında qum saatı var. Analitiklər bu mesajı -Ukrayna və Rusiya arasında müharibə vaxtının bitdiyinə işarə ediblər.

Vladimir Putinin üstündə 2024-cü il seçkilərində namizədliyini açıqlayan keçmiş ABŞ prezidenti Donald Trampın silueti də var. Bununla nəşr qarşıdan gələn seçkilərə işarə edib.

Üz qabığında müharibə dövrünə aid olan qum saatı şəklin mərkəzindəki seçki qutusu ilə birbaşa əlaqəli şəkildə təsvir edilmişdir. Bütün bunlar isə gələcəkdə dünyanın taleyini dəyişəcək seçkilərə işarə edilir.

Bundan əlavə, nəşr kollajda süni intellektin gələcək inkişafını proqnozlaşdırıb, onu şəklin mərkəzi hissəsində yerləşdirib.

“The Economist»in üz qabığının mərkəzində dollar, avro, sterlinq, Çin yuanının simvolları aşağıya doğru qrafiklə işarə edilib. Analitiklər qeyd ediblər ki, bu dünyada valyutaların gözlənilən iqtisadi qeyri-müəyyənliklərinə əsaslanır.

Qapaqda Si Cinpinq tərəfində Çinin bu yaxınlarda əhəmiyyətli bir addım atdığı elektrik avtomobili, Bayden tərəfində isə bərpa olunan enerji simvolları yer alıb.

Qapaqdakı litium, mis və nikel kimi elementləri təmsil edən təsvirlər isə elektrik avtomobilləri və təmiz enerji siyasətinə keçidi işarə edir. Bütün bu təsvirlər isə sonda Avstraliya və Cənubi Amerikanın xəritələri ilə əlaqələndirilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı