​Evi bombalanan HƏMAS lideri İsraili hədələdi

Evinin bombalandığı açıqlanan HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə açıqlama verib.

Metbuat.az xəbər verir ki, İsrailə meydan oxuyan Haniyə, İsrail üzərində qələbə qazanacaqlarını ifadə edib:

"İsrail bu müharibənin davam etməsini istəyirsə bizim nəfəsimiz onun nəfəsindən daha uzun olacaq. Müqavimət bu müharibədə son sözü deyən tərəf olacaq və dünya “Qassam Briqadaları” və müqaviməti görəcək və 18 il əvvəl olduğu kimi Qəzzada işğalçını məğlub edəcək”.

Müqavimət qüvvələrinin Qəzzada misli görünməmiş şücaət və qəhrəmanlıq nümunəsi göstərərək düşmən ordusuna zərbələr vurduğunu bildirən Haniyə Qəzzada olan müqavimət qüvvələrini Allahın əsgərləri kimi səciyyələndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı