"Qorxurdum ki, başqasına aşiq ola bilər" - Makronun həyat yoldaşı

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makron dövlət başçısı ilə aralarındakı yaş fərqinin münasibətlərinin əvvəlində necə çətinliklər yaratdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, 70 yaşlı Brijit Fransa mediasına aıqlamasında “Fransanın gələcək prezidenti” ilə görüşməyə başladığı zaman yaşadıqlarından danışıb. Makron 15 yaşında ikən 40 yaşında olduğunu deyən Bricit bildirib ki, tərəflər münasibət qurmağa başlayanda Makrona tam güvənməyib.

"Onun öz həmyaşıdına aşiq olacağından qorxurdum. Emmanuel təhsil üçün Parisə gedəndə öz-özümə dedim ki, o, özü yaşda birinə aşiq ola bilər. Amma bu heç vaxt olmayıb”.

Qeyd edək ki, Fransada razılıq əsasında tərəflər 15 yaşından başlayaraq münasibət qura bilər. Brijit Emmanuel ilə Amyendəki Katolik məktəbində dərs deyərkən tanış olub. Brijit Makronun qızı o vaxt Emmanuelin sinif yoldaşı olub. Tərəflərin münasibətləri üzə çıxanda Emmanuel Makronun ailəsi azyaşlı uşaqlarını Parisdəki internat məktəbinə göndərib. Brijit Makron bir müddət sonra ərindən boşanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı