“Fənərbaxça” növbəti transfer dönəmi üçün çalışmalarını davam etdirir.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşadək futbolçular üçün tətbiq olunan qaydaya uyğun olduğu üçün Kilian Mbappenin qardaşı Etean Mbappenin transfer variantını nəzərdən keçirir. Məlumata görə, 19 yaşlı fransalı futbolçu menecerlər tərəfindən “Fənərbaxça”ya təklif edilib və klub rəhbərliyi təklifi nəzərdən keçirir. Karyerasını “Lill”də davam etdirən Etean Mbappe daha əvvəl PSJ-nin akademiyasında çıxış edib və onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Məlumata görə, futbolçunun hazırkı bazar dəyəri 12 milyon avrodur.