"Nyukasl” yeni Neymarı “Real”ın əlindən aldı

Ötən mövsüm Premyer Liqada uğurlu mövsüm keçirən və Çempionlar Liqası vəsiqəni təmin edən "Nyukasl Yunayted" mühüm transferə hazırlaşır.

Metbuat.az xəbər verir ki, “Nyukasl Yunayted” Braziliyada yeni Neymar adlandırılan “Santos” klubunun futbolçusu Markos Leonardonu transfer etmək üzrədir. Məlumata görə, hücum xəttinə güclü hücumçu transfer etmək istəyən “Nyukasl Yunayted” Markos Leonardonu əsas transfer hədəfi kimi seçib. 20 yaşlı gənc ulduz üçün "Real Madrid"in də hərəkətə keçdiyi deyilir. Lakin "Nyukasl Yunayted"in transferi reallaşdırmaq üzrə olduğu qeyd edilir. Qeyd edilir ki, transferin reallaşması “Nyukasl Yunayted”in qarşı tərəfə ödəyəcəyi məbləğdən asılıdır.

“Nyukasl Yunayted”in təklifi 20 milyon avrodan yuxarı olarsa, “Santos” bu təklifi qəbul edəcək. Qeyd edək ki, bu mövsüm "Santos"un heyətində 45 oyuna çıxan Markos Leonardo bu matçlarda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR