Nazirin paltarla bağlı kampaniyası Fransada etirazla qarşılandı

Fransanın Ətraf Mühit Nazirliyinin “köhnə paltarlarınızı geyin, yenisini almayın” mesajı ilə həyata keçirdiyi istehlakla mübarizə kampaniyası pərakəndə satış sektorunu ayağa qaldırıb.

Metbuat.az xəbər verir ki, afişaya hökumət nümayəndələrindən də sərt reaksiya gəlib. Məsələ hökumət daxilində böhrana səbəb olub. Ətraf Mühit Naziri Kristof Beşu, kampaniyanın davamlılığa mane olan həddindən artıq istehlakın qarşısını almaq məqsədi daşıdığını sbildirib. O, "Qara Cüməni Yaşıl Cüməyə çevirmək istəyirik" deyə bildirib.

İqtisadiyyat naziri Bruno Le Maire isə kampaniyanın iqtisadiyyata zərər verəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı