Ağcabədi rayonunda odlu silahlar aşkarlandı

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaṣlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat və həmin silaha məxsus 5 patron, 1 tapança və 1 tüfəng tapılaraq götürülüb.

Eyni zamanda davam etdirilən profilaktiki tədbirlərlə vətəndaşlarda olan daha 4 tüfəng də polisə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR