Sunak Mitsotakislə görüşünü ləğv etdi

Böyük Britaniyanın baş naziri Rişi Sunakın Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşünü ləğv etdiyi bildirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kyriakos Mitsotakis yazılı açıqlama verib. O açıqlamasında “Böyük Britaniyanın baş nazirinin görüşə saatlar qalmış planlaşdırılan görüşümüzü ləğv etməsindən narahatlığımı bildirirəm" deyə qeyd edib. Yunanıstan və Böyük Britaniya arasında tarixi dostluq əlaqələrinin olduğunu deyən Mitsotakis, iki ölkə arasındakı əlaqələrin çərçivəsinin son dərəcə geniş olduğunu bildirib.

Qeyd edək ki, Kyriakos Mitsotakis İngiltərədəki ana müxalifət İşçi Partiyasının lideri Keir Starmer ilə görüşüb. Görüşdə iki ölkə münasibətləri müzakirə edilib, Avropanın təhlükəsizliyi, miqrasiya problemi, iqlim böhranı və Yaxın Şərqdəki son hadisələr də dəyərləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı