İsrail gəmilərini ələ keçirən husilərdən niyə qorxurlar?

Yəməndə 3 İsrail gəmisini ələ keçirən husilərə qarşı heç bir müdaxilənin olmaması diqqət çəkib.

Metbuat.az xəbər verir ki, dünya mediasında bu məsələ gündəm olub, husilərə hansı səbəbdən müdaxilə edilməməsi müzakirə edilib. Mütəxəssislər buna səbəb kimi husilərin əlində ballistik raketlərin və kamikadze pilotsuz uçuş aparatlarının olduğunu irəli sürüblər. Bildirilir ki, ABŞ-ın 6 hərbi gəmisi bölgədə olsa da, onlar husilərin hücumlarının qarşısını almağı bacarmır. Bildirilir ki, Husilərə məxsus ballistik raketlər ABŞ-ın 6 zenit sistemli gəmisinə baxmayaraq heç bir problem olmadan İsrailə çata bilərlər.

Mütəxəssislər husilərin keçmişdə Səudiyyə Ərəbistanına hücumlarına diqqət çəkərə, ABŞ-ın müdafiə sistemlərinin bu hücumların qarşısını almadığını xatırladıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR