Sunak yunan həmkarı ilə görüşü buna görə ləğv edibmiş

Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, Sunak parlamentdəki həftəlik "Baş nazirə suallar" iclasında Elgin Mermerlərinin geri qaytarılması məsələsini gündəmə gətirən yunan həmkarı Mitsotakis ilə görüşünün ləğv edilməsinin doğru qərar olduğunu bildirib. Böyük Britaniyanın müttəfiqləri ilə qeyri-qanuni miqrasiya ilə mübarizə və ya təhlükəsizliyin gücləndirilməsi kimi mühüm məsələləri müzakirə etməkdən hər zaman məmnun olduğunu deyən Sunak, ləğv edilən görüşün bu çərçivədə olmadığını bildirib. Sunak yunan həmkarı ilə görüşünün ləğvi ilə bağlı bunları deyib:

“Ancaq görüşün məqsədinin gələcək üçün vacib məsələləri müzakirə etmək deyil, tribunalarda oynamaq və keçmiş məsələləri yenidən müzakirə etmək olduğu aydın olanda bu, yersiz davranış idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR