Bakıda məşhur bazar ləğv olunur

Bakıda “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzi ləğv olunub.

Metbuat.az xəbər verir ki, “8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunur.

Qeyd edək ki, ötən il şirkət yenidən təşkil olunmuş, ASC-dən MMC-yə çevrilmişdi.

“8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 031,082 min manat, hüquqi təmsilçisi Məmmədov Rüfat Qubad oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı