Azərbaycanın ixracı 29 milyard dolları ötdü

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayında bildirilir.

Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin 10 ayı ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 24,6%, qara metal məmulatlarının ixracı 19,8%, meyvə-tərəvəz ixracı isə 11,5% artıb.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2% artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 162,7 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (348,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (126,1 milyon ABŞ dolları) ikinci, qızıl (118,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 881,4 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, Gürcüstana 266,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 129,8 milyon ABŞ dolları, Qazaxıstana isə 84,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı