Atəşkəs başa çatdı, hücumlar bərpa olundu

İsrail atəşkəsdən əvvəlki 50 gün ərzində əldə edə bilmədiyi şeyə atəşkəsdən sonra nail ola bilməyəcək.

Metbuat.az xəbər verir ki, HƏMAS İsrail ordusunun Qəzza zolağına yenidən hücumlara başlaması ilə bağlı açıqlamalara dair belə bəyanat yayıb. HƏMAS-ın Siyasi Bürosunun üzvü İzzat ər-Rişk yazılı açıqlamasında "Xalqımızın qətiyyəti və müqavimətimizin qəhrəmanlığı ilə düşmənin cinayətlərinə, nasist təcavüzünün yenidən başlamasına və mülki insanları hədəf almasına qarşıyıq" deyə bildirib. İsrailin hücumlarına qarşı müqavimətin davam edəcəyini vurğulayan Rişk bildirib ki, İsrail atəşkəsdən sonra da atəşkəsdən əvvəlki 50 gün ərzində əldə edə bilmədiklərini əldə edə bilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı