Ağ Ev, Qəzzada daimi atəşkəsi dəstəkləmədiklərini, lakin humanitar fasilənin uzadılmasını dəstəklədiklərini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında İsrail və HƏMAS arasındakı humanitar fasilə haqqında danışıb. Kirbi Qəzzada qalıcı atəşkəsi dəstəkləmədiklərini, lakin 7 günlük humanitar fasilənin uzadılmasını istədiklərini qeyd edib. İsrailin blokadada olan Qəzza zolağına hücumlarını humanitar fasilə bitdikdən sonra davam etdirəcəyini qeyd edən Kirbi, İsrailin HƏMAS-a cavab verməyə haqqı olduğunu bildirib.
Kirbi, ABŞ-ın İsrailə dəstəyini davam etdirəcəyini və Qəzzanın cənubunda mülki əhalinin qorunması və onlara zərər verməsinin qarşısının alınması üçün müvafiq təhlükəsizlik tədbirləri görülməli olduğunu bildirib.